02.10.2022
Tiranada keçirilən açıq Albaniya çempionatına yekun vurulub. Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərlik etdiyi Azərbaycan millisi 2 gün davam edən G2 kateqoriyalı yarışı 6 medalla başa vurub.
Milli üzvlərindən Həmidrza Sədri (58 kq) və Sona Ağayeva (46 kq) isə bürünc medalla kifayətləniblər.
Azərbaycan kişi taekvondoçuların medal siyahısında komanda hesabında birinci, qadınlarda üçüncü olub.
Beynəlxalq dərəcəli azərbaycanlı hakim Ramal Camalov isə çempionatın ən yaxşı referilərindən biri seçilib.