Taekvondo Tarixi

Taekvondo Koreya döyüş sənətidir. Taekvondonun xarakterik xüsusiyytələri – döyüş zamanı ayaqların əllərdən daha çox aktiv olmasındadır. Qədim zamanlarda  taekvondonun əsas işi at belində olan insanı yerə salmaqdan ibarət idi. “Taekvondo” termini üç söz birləşməsindən amələ gəlib. “Taek”-ayaq, “kvon”-yumruq, “do” isə sənət, taekvondonun yolu (ayaqla əl zərbələrini məqsəd üçün yönləndirmə) deməkdir. Çxve Xon Xi-yə görə “taekvondo silahsız özünümüdafiə texnikası ilə təlqinedici məşqləri birləşdirən, həmçinin sağlamlıqla yanaşı, yalın əl və ayaqların köməyilə bir və bir neçə rəqibə təkmilləşdirilmiş zərbələr, bloklar və tullanmalar tətbiq edən bir sistemdir”.
Qədim əlyazmalarda eramızın əvvəlində qədim Koreyada müxtəlif döyüş növlərinin olduduğ xatırladılır. Koguryo sülaləsinin kral qəbirlərində (e.ə 37-ci ildə - 668) müasir taekvondonu xarakterizələşdirən və ayaq üstə ayrı-ayrı təmrinləri icra edən döyüşüçlərin şəkilləri əks olunub. l əsrdə koreya yarımadasının Silla dövlətində hvaranların hərbi-dini institutu yaradılıb. Sillanın ən yaxşı döyüşçüləri Koquryenin döyüş ustalarının yanında öyrənməklə, onların texnikasına əllə hərəkətlər də daxil ediblər. “Hvaran” qədim koreya dilindən tərcümədə “gənc-güllər” mənasını verir. Təkbətək döyüş sənəti bacarığı hər bir havaran üçün vacib idi. Döyüş sənətlərindən başqa onlar tarixi, budda fəlsəfəsini, konfusianizmi və sosial etikanı da öyrənirdilər. Bu əslində hərbi məktəblərin qədim analoqu idi.
Çoson sülaləsinin erasında hərbi texnikanın faəl inkişafı və populyarlaşması nəticəsində, koreya döyüş sənətləri demək olar ki, unudulurdu. Humanist ideallarla olan konfusian cəmiyyətində döyüş sənətləri yalnız hərbi məqsədlər üçün inkişafa davam etdi. Yaponların Koreyanı zəbt etdiyi dövrlərdə (1910-1945) taekvondo da daxil olmaqla koreya ənənəsinin bütün aspektləri qadağaya məruz qaldı. Koreyalılar yapon təkbətək döyüş növlərini örgənmək üçün onların ustalarının rəhbərliyi altında məşqul olmaq hüququ aldılar. Buna baxmayaraq taekvondo unudulmadı, “karate” və digər yapon döyüş sənətləri ilə məşqul olan koreyalılar sonralar onun inkişafını davam etdirdilər. 1953-cü ildə “Mudukvan” məktəbinin təşəbbüsü ilə Koreya Tenqsudo İttifaqı yaradıldı və keçmiş sovetlər birrliyində 1989-cu ildən tanındı.
Dünyanın ən böyük taekvondo təşkilatları 1966-cı ildə yaradılmış Beynəlxalq Taekvondo Federasiyası (İTF) və 1973-cü ildən fəaliyyət göstərən Ümumdünya Taekvondo Federasiyasıdır (WTF). 1980-ci ildən WTF Beynəlxalq Olimpiya Komitəsi (İOC) tərəfindən tanındı.

Taekvondonun prinsipləri
- Nəzakət
- Düzgünlük
- Təmkin
- Sərbəst ruh

Taekvondonun texnikası
Təlimlər beş sahə üzrə aparılır:

- Thıl (tul) – formal kompleks
- Massohi – idman dueli (sparrinq)
- Tuki – tullanarkən ayaq zərbələri vurmaq
- Veryok – Əl və ayaqların gücü ilə əşyaların dağıdılması
- Hosinsyul – özünümüdafiə praktikası
- Phumse – formal kompleks (WTF)
- Keruhi – idman dueli (WTF)

Kəmərlər
Taekvondonun unikal kəmər təqdimetmə sistemi - 10 rəngli kəmər və 9 qara kəmər mərhələsi (dan) var. Məşqlərin intensivliyindən asılı olaraq əgər məşqlər həftədə 2-3 dəfə və hər birində 1.5 saat davam edərsə, bir ildən (əgər həftədə 4-6 saat məşqlər keçilərsə) 4-5 ilə qədər qara kəmər almaq olar. 2-ci dan almaq üçün texniki səviyyədən asılı olmayaraq daha 1 il gözləmək lazımdır. 3-cü dan üçün iki il, 4-cü dan üçün üç il gözləmək lazım gəlir və danların alınması prosesi bu qaydada davam edir. 1-3-cü dan sahibləri məllimin köməkçiləri sayıla bilər (sa bom), 7-8-ci danın sahibləri isə usta sayılırlar (sa hyun nim). 9-cu danın sahibi dahi usta hesab edilir – sa son nim. “Kıp” (koreya dilindən tərcümədə - mərhələ) tələbə mərhələsidi, onun fiziki və texniki eləcə də mənəvi inkişaf səviyyəsinin göstəricisidir. 


WTF-in qaydaları ilə taekvondoda 2-ci qırmızı kıpdan sonra qəhvəyi 1-ci kıp gəlir, ondan sonra 15 yaşına çatan taekvondoçu ortasında qırmızı xətt olan qara kəmər ala bilər. Uşaqlar üçün bu 1-ci phum, 15 yaşdan sonra avtomatik olaraq 1-ci dana çevrilir.