Avropa Taekvondo Birliyi (ETU) Avropada taekvondo yarışları və tədbirlərinin keçirilməsini üzərinə götürən rəsmi təşkilatdır. ETU-ya Azərbaycanla birgə 49 ölkə-üzv daxildir. Təşkilat 2 may 1976-cı ildə yaradılıb. ETU-nun birinci prezidenti Antoni Qarsiya De La Fuente, ilk üzv-ölkələri isə İspaniya, Belçika, Avstriya, Portuqaliya, Almaniya, İtaliya, Fransa, Hollandiya, Türkiyə, Yunanıstan, Danimarka və İngiltərə olub.
Avropa Taekvondo Birliyinin 5-ci prezidenti cənab Atanasios Praqalos15 fevral 1999-cu ildə Afinada seçilib bu günədək fəaliyyətini davam etdirir.
Təşkilatın 8 vitse-prezidenti var. Onlar cənab Slavi Binev (Bolqarıstan), cənab Fred Buitenhuis (Niderland), cənab Jesus Pueblas Castellanos (İspaniya), cənab Angelo Cito (italiya), cənab Stefan Klauiter (Almaniya), cənab Metin Şahin (Türkiyə), cənab Anatoly Terekhov (Rusiya), xanım Anna Vassalodur (Malta). Baş katibi cənab Antonio Barbarinodur (Almaniya).
İcraiyyə Komitəsinin 24 üzvü var. Taekvondo üzrə ilk Avropa çempionatı 22-23 may 1976-cı il tarixində Barselonada keçirilib. Qitə çempionatları iki ildən bir təşkil edilir.