WTF

Taekvondo üzrə yarış və tədbirləri idarə edən Dünya Taekvondo Federasiyası (WTF) 28 may 1973-cü ildə təsis edilib. Təşkilatın mənzil qərərgahı Koreya Respublikasının Seul şəhərində yerləşir. WTF-in prezidenti, doktor Çunqvon Ço (Koreya Respublikası) 12 aprel 2005-ci ildən bu günədək vəzifəsini icra edir. Təşkilatın 8 vitse-prezidenti var. Onlar, cənab Sakis Pragalos (Yunanıstan), cənab Kyu Seok Lee (Cənubi Koreya), cənab John Kotsifas (Avstraliya), İssaka İde (Nigeriya),  Juan Manuel Delgado (Meksika), xanım Maria Rosario Borello Castillo (Quvatemala, Argentina), xanım Aicha Garad Ali (Cibuti), cənab Yang Vu Parkdır (Cənubi Koreya). Baş katibi isə Cankan Sioyadır (Cənubi Koreya).

2022-ci il aprelin ayına olan məlumata əsasən DTF-in 5 Regional birliyi və bu birliyin tərkibində 212 ölkə-üzvü var. Onlardan  Asiya Taekvondo Birliyinə (ATU),  Avropa Taekvondo Birliyinə (ETU), Panamerika Taekvondo Birliyinə (PATU), Afrika Taekvondo Birliyinə (AFTU), dövlət isə Okeaniya Taekvondo Birliyinə (OTU) daxildir. 

DTF Beynəlxalq Olimpiya Komitəsi (İOC) tərəfindən 17 iyul 1980-ci ildə İOC-un Moskvada keçirilən 83-cü sessiyasında tanınıb. Bundan başqa 8 oktyabr 1975-ci ildən Beynəlxalq İdman Federasiyaları Baş Assosiasiyası (GAİSF) tabe olan WTF, Olimpiya növləri üzrə Beynəlxalq Federasiyalar Assosiasiyasının (ASOİF) da üzvüdür. 1988-ci il Seul və 1992-ci il Barselona Olimpiya oyunlarında nümayiş idman növü kimi təqdim olunan taekvondo, Olimpiadaların rəsmi proqramına İOC-un 4 sentyabr 1994-cü ildə Parisdə keçirilən 103-cü sessiyasında verilən qərarla 2004-cü il Sidney Olimpiadasında daxil edilib