Komandamız Bolqarıstanın Sofiya şəhərində təşkil olunan dünya birinciliyində 17 (10 oğlan və 7 qız) idmançı ilə təmsil olunacaq. Baş məşğçi Elnur Amanov və böyük məşçi Vurğun Cəfərovun yetirmələrindən Mehdi Budaqlı (33 kq), İlyas Hətəmli (37 kq), Riad Quliyev (41 kq), Fuad Məhərləmli (45 kq), Bahadur Dostuyev (49 kq), Vasif Səlimov (53 kq), Əbdülsübhan Dadaşov (57 kq), Yunis Hüseynov (61 kq), Elcan Əliyev (65 kq) və Nihad Həsənova (65 kq yuxarı) etimad göstərib.
Yenieyetmə qızlardan isə Zəhra İsayeva (29 kq), Gülü Zamanlı (33 kq), Xuraman Cavadzadə (37 kq), Firəngül Abbaszadə (41 kq), Banu Quliyeva (44 kq), Şəms Əlizadə (47 kq), Fatimə Həsənova 51 kq çəki dərəcəsində mübarizə aparacaq.
28 iyulda start veriıləcək dünya birinciliyinə 31 iyul tarixində yekun vurulacaq. Yarışlar Armeec idman arenasında keçiriləcək.
Qeyd edək ki, beynəlxalq dərəcəli referi Aygül Abdullayeva mundialda ölkəmizi təmsil edəcək.