aekvondoçumuz Avropa çempionatından medalla qayıdır

07.10.2022

Taekvondoçumuz Avropa çempionatından medalla qayıdır
Latviyanın paytaxtı Riqada gənc taekvondoçular arasında Olimpiya çəkiləri üzrə Avropa çempionatı keçirilib. Azərbaycan milli komandası yarışı 1 bürünc medalla başa vurub.
Məmməd Abdullayevin rəhbərlik etdiyi yığmada Zemfira Həsənzadə fəxri kürsüyə yüksəlib. 44 kq çəki dərəcəsində mübarizə aparan idmançı estoniyalı və polşalı rəqibini məğlub etsə də, yarımfinalda ispanla döyüşdə rəqib finala yüksəlib. Bu səbəbdən də Həsənzadə 3-cü yerlə kifayətlənib.