06.09.2022
Parisdə keçirilən Qran-Pri turniri parataekvondo millimiz üçün uğurla başa çatdı
4 idmançı ilə turnirə qatılan Fərid Tağızadənin rəhbərlik etdiyi komandanın üzvlərindən Sabir Zeynalov (58 kq) fəxri kürsünün ikinci pilləsində yer alıb. İmaməddin Xəlilov (70 kq) və Əbülfəz Abuzərli (80 kq) isə bürünc medala layiq görülüb.



