Parataekvondo komandamız Qran-Pri yarışlarında iştirak edəcək

03.09.2022

Parataekvondo komandamız Qran-Pri yarışlarında iştirak etmək üçün Fransaya yollanır
5 sentyabrda Paris şəhərində keçiriləcək beynəlxalq yarışda dörd parataekvondoçumuz iştirak edərcək.
Baş məşqçi Fərid Tağızadə yetirmələrindən Sabir Zeynalov (58 kq), İmaməddin Xəlilov (70 kq), Əbülfəz Abuzərliyə (80 kq) və Röyalə Fətəliyeva ( 47 kq) reytinq xallarının artırmasına şans verəcək. Hər dörd idmançı K-44 kateqoriyasına aiddir.
Qeyd edək ki, turnirin qalib idmançıları aktivlərinə 60 xal əlavə edəcəklər ki, bu da Paris Yay Paralimpiya Oyunlarına lisenziya qazanmaq üçün böyük önəm kəsb edir.
Komanda, 6 sentyabrda vətənə qayıdacaq.