"Slovenia Open" turnirinə yekun vurulub.

18.09.2022

Sloveniyanın paytaxtı Lyublyanada "Slovenia Open" turnirinə yekun vurulub.

G2 kateqoriyalı turnirdə 10 idmançı ilə təmsil olunan komandamızın üç üzvü fəxri kürsüdə yer alıb.

Belə ki, kişilər arasında 58 kq çəki dərəcəsində mübarizəyə aparan Qaşım Maqomedov yarışın qalibi olub. Cavad Ağayev (68 kq) isə gümüş medalla kifayətlənib. 46 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Minayə Əkbərova bürünc medala layiq görülüb.

Qeyd edək ki, baş məşqçilər Reza Mehmandoust, Səbuhi Zülügüqarov və böyük məşqşi Elnur Amanovun rəhbərliyi ilə yarışa qatılan komandamız, 19 sentyabrda Vətənə qayıdacaq.