15.09.2022
Kişi və qadınlardan ibarət milli komandamız “Slovenia Open” turnirinə qatılacaq
Lyublyana şəhərində 17-18 sentyabr tarixlərində keçiriləcək G2 kateqoriyalı beynəlxalq turnirdə 10 idmançı ilə təmsil olunacaq komandamız Sloveniyaya yola düşüb.
Baş məşqçi Reza Mehmandoust yarışda Qaşim Maqomedov (58 kq), Sadri Həmidreza (58 kq), Xanoğlan Kərimov (63 kq), Cavad Ağayev (68 kq), Eltac Qafarov (74 kq), Taleh Süleymanova (80 kq), qadınların baş məşçisi Səbuhi Zülfüqarov isə Minayə Əkbərova (46 kq), Patimat Abakarova (49 kq), Röya Hacıyeva (49 kq) və Fəridə Əzizovaya (67 kq) şans verəcək.
Komandamız 19 sentyabrda Vətənə qayıdacaq.