“KUKKİWON” Taekvondo Tədris mərkəzi tərəfindən kursları təşkil olunacaq.

13.09.2022

Cənubi Koreya Respublikasının Mədəniyyət İdman və Turizm  Nazirliyi, “KUKKİWON” Taekvondo Tədris mərkəzi tərəfindən məşqçilərin təkmilləşdirmə kursları təşkil olunacaq.

Muju şəhərində 16 sentyabrdan 12 oktyabr 2022-ci il tarixinədək davam edəcək təlimdə ölkəmizi, “KUKKİWON” tərəfindən seçilmiş üç məşqçi təmsil edəcək.  Belə ki, “Ümid” taekvondo klubunun və kiçik yeyniyetmə yığma komandanın baş məşçisi İlkin Şahbazov, DGK  İSM-in məşqçi-müəllimi Müqabil Məmmədov və “Uhud” taejvondo klubunun baş məşçisi Tural Vəlibəyov təcrübələrini artırmaq üçün Koreya Respublikasına yola düşür.

Bu gün federasiya rəhbərliyi, vitse-prezident Nağı Səfərov və baş katib Həmdiyyə Məmmədov məşqçilərlərə görüşüb. Görüşdə keçiriləcək kurslar haqqında müəyyən müzkirələr aparılıb və federasiya rəhbərliyi onlara uğurlar arzulayıb.