Gənc millimiz təlim-məşq toplanışına başlayıb

24.09.2022

Gənc taekvondoçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışına start verib. Taekvondo Federasiyasının idman zalında təşkil olunan hazırlığa baş məşqçi Məmməd Abdullayev və böyük məşqçi Zahid Məmmədov rəhbərlik edir.
Toplanış oktyabrın 3-də başa çatacaq. Ardınca yığma oktyabrın 6-7-da Latviyanın paytaxtı Riqada Olimpiya çəkiləri üzrə keçiriləcək Avropa çempionatına qatılacaq. Gənc taekvondoçular arasında baş tutacaq yarışda ölkəmizin idman şərəfini Xıdır Məmmədov (48 kq), Nihad Məmmədzadə (55 kq), Nizami Hacıyev (63), Vaqif Hacıyev (73 kq), Zemfira Həsənzadə (44 kq) və Nərgiz Kazımova (49 kq) qoruyacaqlar.
Qeyd edək ki, komanda Riqaya oktyabrın 4-də yollanacaq.