Bolqarıstanda yeniyetmələr arasında təşkil olunan dünya birinciliyə start verilir.

Bu gün Bolqarstanda yeniyetmələr arasında təşkil olunan dünya birinciliyə start verilir. Dörd gün davam edəcək mundialın ilk günü 5 idmançımız mübraizə aparacaq.
Belə ki, Qızlardan 29 kq çəki dərəcəsində Zəhra İsayeva, Gülü Zamanlı (33 kq), Fatimə Həsənova (51 kq), oğlanlardan isə Elcan Əliyev (65 kq) və Nihad Həsənov 65 kq yuxarı çəki dərəcəsində yarışa qatılacaq.
Qeyd edək ki, 77 ölkədən 683 taekvondoçunun iştirak etdiyi yarışlar Sofiya şəhəri Armeec İdman Sarayında keçirilir.
 
              Zəhra İsayeva (29 kq)                    Gülü Zamanlı (33 kq)                     Fatimə Həsənova (51 kq)
             Elcan Əliyev (65 kq)                              Nihad Həsənov  (+65 kq)