Azərbaycan Taekvondo Federasiyasının rəhbər heyəti, dünya birinciliyinə hazırlaşan yeniyetmələrdən ibarət yığma komanda ilə görüşüb.
Federasiyanın vitse-prezidentləri Nağı Səfərov və Niyaməddin Paşayev, İdarə heyətinin üzvü Vüqar Məmmədov son məşq zamanı idmançılarlı ziyarət edib. Taekvondoçuların hazırki vəziyyətləri ilə maraqlanan federasiya rəhbərliyi, komandanın hər bir üzvünə inandığını, dünya birinciliyindən vətənə medallarla dönəcəklərinə ümid etdiklərini vurğulayaraq onlara uğurlar arzulayıb!
Sonda xatirə şəkli çəkdirilib.
Xatırladaq ki, yeniyetmələr arasında dünya birinciliyi 28-31 iyul tarixlərində Bolqarıstanın Sofiya şəhrində keçiriləcək. Komandamız, iyulun 26-da mundiala yollanır. Bu haqqda əlavə məlumat veriləcək.
ATF-in mətbuat katibi Samir Məhərrəmov