Federasiyanın vitse-prezidentləri Nağı Səfərov və Niyaməddin Paşayev, İdarə heyətinin üzvü Vüqar Məmmədov dünya birinciliyinə hazırlaşan gənclərdən ibarət yığma komandanın son durumu ilə maraqlanıb.
Nağı Səfərov gənc taekvondoçuların ötən illər ərzində uğurlu çıxışlarından söz açıb: “ Gənc taekvondoşularımız demək olar ki, hər yarışdan vətənə medalla dönür. Güman edirəm ki, sizlər də bu ənənəni davam etdirib bayrağımızı qaldırıb himnimizi səsləndirəcəksiniz. Hər birinizə uğurlar arzulayıram!”.
Niyaməddin Paşayev isə birlikdə komandanı arenada izləyəcəklərini, onlara hər zamankı kimi dəstək olacaqlarını qeyd etdi: “ Sizləri yeniyetmə dövründən tanıdığıma görə deyə bilərəm ki, fəxri kürsüdə yer almaq potensialınız böyükdür və mən də öz növbəmdə bütün komanda heyətinə qələbələr azulayıram!”.
İdmançıların əhval-ruhiyyəsinin yaxşı olduğunu vurğulayan məqşçi heyəti, verilən dəstəyə və yaradılan şəraitə görə federasiya rəhbərliyinə təşəkkür edib.
Sonda xatirə şəkli çəkdirdi.
Xatırladaq ki, gənclər arasında dünya birinciliyi 02-07 avqust tarixlərində Bolqarıstanın Sofiya şəhərində keçiriləcək.