ATF-ın nümayəndələri naxçıvanlı idmançılarla görüşüb

01.20.2022

Azərbaycan Taekvondo Federasiyasının (ATF) nümayəndələri Naxçıvan Muxtar Respublikasına səfər edib. ATF-in vitse-prezidenti Nağı Səfərov və İdarə Heyətinin üzvü Vüqar Məmmədov burada yeniyetmə taekvondoçuların məşqini izləyiblər.

Federasiya rəsmiləri daha sonra komanda üzvləri ilə görüşüblər. Görüşdə naxçıvanlı idmançıların və çalışdırıcıların təklifləri dinlənilib, yeniyetmə və gənc nəslin sağlam böyüməsi, taekvondoçuların səviyyələrinin daha da artırılması, həmçinin beynəlxalq yarışlarda iştirakları ilə bağlı fikir mübadiləsi aparılıb.