Azərbaycan taekvondoçuları Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalında çıxışını başa vurub. Yarışın sonuncu günündə yığmamız aktivinə daha bir medal əlavə edib.
Beləliklə, baş məşqçi Məmməd Abdullayev və məşqçi Sənan Həşimovun rəhbərlik etdiyi yığma festivalı 6 medalla başa vurub. Komanda yarışlarından öncə fərdi mübarizədə Səyyad Dadaşov (54 kq) çempion tituluna yiyələnib. Vaqif Hacıyevlə (68 kq) Eltac Qafarov (80 kq) gümüş, Pərviz İskəndərov (63 kq) və Adil Eyvazov (58 kq) isə bürünc medala sahib olub.