Azərbaycan taekvondoçusu Minayə Əkbərova Çinin Çendu şəhərində keçirilən XXXl Ümumdünya Yay Universiadasında fəxri kürsüyə yüksəlib. 46 kq çəkidə çıxış edən milli üzvü yarışı bürünc medalla başa vurub.
O, 1/8 finalda amerikalı Karine Leclerbqi 2:0 hesabı ilə məğlub edib. Əkbərova ardınca Miar Qabahaya (Fələstin) da heç bir şans verməyib. Minayə yenə də dayanqdan 2:0 hesablı qələbə ilə ayrılıb. Taekvondoçumuz yarımfinalda Yinq-Hsuan Huanqla (Çin Taypeyi) üz-üzə gəlib. O, bu dəfə məğlubiyyətə üzülüb və bürünc medala layiq görülüb.
Ondan fərqli, Səyyad Dadaşov (54 kq) və Yaşar Məmmədli (68 kq) 1/8 finalda məğlub olaraq mübarizəni dayandırıblar.
Qeyd edək ki, Azərbaycan millisi Universiadada 8 taekvondoçu ilə təmsil olunur.