Bakıda keçirilən taekvondo üzrə dünya çempionatında dördüncü günün püşkü atılıb. Püşkə əsasən mübarizəyə qoşulacaq Azərbaycan yığmasının idmançısının da ilk rəqibi dəqiqləşib.
63 kq çəki dərəcəsində qüvvəsini sınayacaq Xanoğlan Kərimov debüt görüşündə Alfredo Martinslə (Portuqaliya) qarşılaşacaq. Döyüş 1/32 final mərhələsinə təsadüf edəcək.
Qeyd edək ki, dünya çempionatı iyunun 4-də yekunlaşacaq.
