Taekvondo üzrə Azərbaycan milli komandası Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalında mübarizəni davam etdirir. Yarışın ikinci günündə yığmamızın daha bir üzvü fəxri kürsüyə yüksəlib.
Beləliklə, Beynəlxalq Universitet İdman Festivalına 6 taekvondoçu ilə yollanan yığmamızın 5 üzvü fərdi yarışlarda mükafat qazanıb. Baş məşqçi Məmməd Abdullayev və məşqçi Sənan Həşimovun rəhbərlik etdiyi komandada Eyvazovdan öncə Səyyad Dadaşov (54 kq) çempion tituluna yiyələnib. Vaqif Hacıyevlə (68 kq) Eltac Qafarov (80 kq) gümüş, Pərviz İsgəndərov (63 kq) isə bürünc medala sahib olub.
Avqustun 31-də isə taekvondoçular komanda yarışında güclərini yoxlayacaqlar.