Bakıda taekvondo üzrə keçirilən dünya çempionatının ikinci günündə daha 3 çəki dərəcəsində qaliblər bəlli olub. Kişi taekvondoçular arasında 58 kq, qadınlarda 67 kq və 73 kq-da yarışın ilk “üçlüy”ü müəyyənləşib.
67 kq-da qızıl medala fransalı Maqda Viet-Henin yiyələnib. İkinci yeri Yulyana Al-Sadiq (İordaniya) tutduğu halda, üçüncü pilləni Mari Romundset Nilsen (Norveç) və Rut Qbaqbi (Fil Dişi Sahili) qapayıblar.
73 kq-da mundialın çempionu Altea Laurin (Fransa) olub. O, həlledici görüşdə Rebekka Makqovanı (Böyük Britaniya) məğlub edib. Bürünc medallara isə Polina Xan (Dünya Taekvondosu) və Matea Yeliç (Xorvatiya) yiyələniblər.
Azərbaycan yığmasının heyətində qüvvəsini sınayan Maqomed Qaşımov (58 kq) və Fəridə Əzizova (67 kq) müvafiq olaraq, 1/32 və 1/16 finalda məğlub olub.
Qeyd edək ki, martın 31-da daha 3 çəki dərəcəsində (kişilər 80 kq, 87 kq, qadınlar 49 kq) döyüşlər keçiriləcək. Dünya çempionatı iyunun 4-də başa çatacaq.