21.20.2022
İngiltərənin Mançester şəhərində parataekvondo üzrə Qran-pri turniri keçirilib. Yarışa 4 idmançı ilə yollanan Azərbaycan millisi 3 medal qazanıb.
Fərid Tağızadənin rəhbərlik etdiyi yığmanın heyətində İmaməddin Xəlilov (K44, 70 kq) ikinci yeri tutub. Sabir Zeynalov (K44, 58 kq) və Əbülfəz Abuzərli (K44, 80 kq) isə Qran-prini bürünc medalla başa vurub.