Parataekvondo üzrə Azərbaycan millisi İngiltərənin Mançester şəhərinə yollanıb. Baş məşqçi Fərid Tağızadənin rəhbərlik etdiyi yığma Qran-prinin final mərhələsində mübarizə aparacaq.
Komandamızın heyətində Sabir Zeynalov (58 kq), İmaməddin Xəlilov (70 kq) və Əbülfəz Abuzərli (80 kq) yer alacaq. Parataekvondoçularımız K-44 kateqoriyasında mübarizə aparacaqlar.