Taekvondoçumuz klublararası Avropa çempionatında bürünc medal qazanıb
Azərbaycan Bolqarıstanın paytaxtı Sofiyada taekvondo üzrə keçirilən klublararası Avropa çempionatında ikinci medalını qazanıb. 2000-dən çox idmançının qatıldığı yarışda "Gilan" İdman üzvü Taleh Süleymanov (87 kq) çıxışını mükafatla başa vurub.
Taleh yarımfinalda xorvatiyalı Yosip Biliçlə ("Marjan") üz-üzə gəlib. Döyüşdə zədələnən taekvondoçu məğlub olub və bürünc medalla kifayətlənib.
Beləliklə, klublarımızın Avropa çempionatında qazandığı mükafatların sayı ikiyə çatıb. Süleymanovdan öncə “Alpman” Taekvondo Klubunun üzvü Səlimə Quliyeva (42 kq) ikinci yeri tutub.
Qeyd edək ki, yarış aprelin 30-da yekunlaşacaq.