aekvondoçular və parataekvondoçular arasında Azərbaycan çempionatı keçirilib. Abşeron Olimpiya Kompleksində təşkil olunan yarışda 14 çəki (8 kişi, 6 qadın) çəki dərəcəsi üzrə ölkənin ən güclüləri bəlli olub. Həmçinin parataekvondoçular 6 çəkidə dayanq üzərinə çıxaraq, mükafatçıları müəyyənləşdiriblər.

Ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 127 kişi və qadın taekvondoçusunun qatıldığı çempionatı Azərbaycan gənclər və idman naziri Fərid Qayıbov və müavini Mariana Vasileva da izləyiblər.

Ümumilikdə 5 gün davam edən Azərbaycan birincilikləri və çempionatlarında böyüklərdə 127, yeniyetmələrdə 420, gənclərdə 340 taekvondoçu qüvvəsini sınayıb.

Qeyd edək ki, medal qazanan taekvondoçular yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.