Estoniyanın paytaxtı Tallində taekvondo üzrə böyüklər arasında Olimpiya çəki dərəcələri üzrə və gənclər arasında Avropa çempionatlarına start verilib. Yarışın ilk günündə Azərbaycan milli komandası aktivinə 3 medal yazıb.
Yığmamızın liderlərindən Cavad Ağayev (68 kq) finala kimi inamla irəliləyib. Lakin həlledici görüşdə məğlub olan taekvondoçumuz gümüş medala yiyələnib.
Beləliklə, milli komanda ilk günü 2 gümüş və 1 bürünc medalla başa vurub.
Qeyd edək ki, Avropa çempionatları 3 gün davam edəcək.