23.10.2023 Taekvondoçularımız Dohada 5 medal qazanıblar

Taekvondo üzrə Azərbaycan milli komandası Dohada keçirilən Qətər açıq çempionatını 5 medalla başa vurub. İdmançılarımız G1 kateqoriyalı yarışda 1 gümüş və 4 bürünc mükafata sahib olublar.
Taekvondoçularımızdan yalnız finalda məğlub olan Cavad Ağayev (74 kq) fəxri kürsünün ikinci pilləsinə yüksəlib. Səyyad Dadaşov (58 kq), Qaşim Maqomedov (63 kq), Həmidreza Badrialiabadi (+87 kq) və Səmərrux Osmanova (53 kq) isə bürünc medala yiyələniblər.