İranın paytaxtı Tehranda keçirilən Dünya Taekvondosunun Prezidentinin kubokunun son günündə Azərbaycan millisi daha bir medal qazanıb. Yığmanın heyətində G2 kateqoriyalı yarışda Səyyad Dadaşov fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
O, 58 kq çəkidə bürünc medala yiyələnib. Bununla da komandamız Dünya Taekvondosunun Prezidentinin kubokunu 3 medalla başa vurub. Daha öncə Taleh Süleymanov (87 kq) gümüş, Ələskər Əliyev (74 kq) isə turniri bürünc mükafat qazanıb.
Qeyd edək ki, analoji yarış fevralın 20-da parataekvondoçular arasında keçiriləcək və Azərbaycan millisi də kubokda mübarizə aparacaq.