Azərbaycan taekvondoçusu Zemfira Həsənzadə 21 yaşadək idmançılar arasında Avropa çempionatında bürünc medal qazanıb. 46 kq çəkidə mübarizə aparan yığma üzvü Rumıniyanın paytaxtı Buxarestdə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Həsənzadə ilk döyüşündə finlandiyalı Ada-Emilya Tammilanı məğlub edib. O, ardınca Giulia Qalero (İtaliya) və Melina Georgiouya (Yunanıstan) da qalib gələrək yarımfinala yüksəlib. Taekvondoçumuz bu mərhələdə ispaniyalı Sofia Qarsiyaya uduzaraq Avropa çempionatında 3-cü yeri tutub.
Qeyd edək ki, komandamız səfərə kişilərdən ibarət milli komandanın baş məşqçisi Məmməd Abdullayev, böyük məşqçi Zahid Məmmədov və qadınlardan ibarət yığmanın baş məşqçisi Sun Mi Parkın rəhbərliyi altında yollanmışdı.