13.11.2023 Qaşım Maqomedov İordaniyada dünya çempionuna qalib gəlib

Azərbaycan teakvondoçusu Qaşım Maqomedov İordaniyada keçirilən Asia regionu üzrə beynəlxalq Prezident kubokunda qızıl medal qazanıb. 58 kq çəkidə mübarizə aparan idmançı bütün döyüşlərini qələbə ilə başa vurub.
O, yarışın finalında Bakıda keçirilən son dünya çempionatının qalibi olan cənubi koreyalı Bae Yun-Seo ilə qarşılaşıb. Q.Maqomedov rəqibi üzərində inamlı qələbə qazanaraq, İordaniyada fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, Azərbaycan taekvondoçuları İordaniyada təlim-məşq toplanışının ardınca burada Prezident kubokuna qatılıblar.
Статистика и объявления
Продвигать публикацию
Все реакции:
144