Oktyabrın 13-də Azərbaycan Taekvando Federasiyasının (ATF) və Koreya Respublikasının ölkəmizdəki səfirliyinin təşkilatçılığı və dəstəyi ilə taekvondo üzrə gənclər arasında “Koreya səfiri kuboku” keçiriləcək.
Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunda təşkil ediləcək yarışda 150-dək idmançı qüvvəsini sınayacaq.
Yarış Azərbaycanda taekvondonun təbliği və inkişaf etdirilməsi, respublikada fəaliyyət göstərən taekvondo bölmələrinin işinin təkmilləşdirilməsi, Azərbaycan ilə Koreya arasında idman sahəsində əlaqələrin inkişafı, idmançıların yarış təcrübəsinin və ustalığının artırılması məqsədi daşıyır.
Mükafatçılar ATF və Koreya Respublikası səfirliyinin təsis etdiyi kubok, diplom, medallar və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.