Taekvondo üzrə qadınlardan ibarət Azərbaycan milli komandası Türkiyəyə yollanıb. Yığma baş məşqçi Sin Mi Park və böyük məşqçi Hyeyounq Çoinin rəhbərliyi altında İstanbulda Böyükşəhər Bələdiyyəsinin komandası ilə birgə təlim-məşq toplanışı keçəcək.
Komanda ertəsi gün Bolqarıstana yollanacaq və burada klublararası Avropa çempionatında gücünü yoxlayacaq.
Qeyd edək ki, Sofiyada keçiriləcək yarış aprelin 30-da bitəcək.