Bakıda taekvondo üzrə dünya çempionatı davam edir. Yarışın beşinci günündə daha 2 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşib.
Qadınlar arasında 46 kq-da dünya çempionatının qızıl medalı Lena Stoykoviçə (Xorvatiya) qismət olub. O, finalda Siken Kamonçanoku (Tailand) məğlub edib. Üçüncü yeri Ruka Okamoto (Yaponiya) və Vanq Xiaolu (Çin) tutub.
Bu çəkidə Azərbaycan millisinin idmançılarından Minayə Əkbərova (46 kq) 1/16 finalda Ruka Okamotoya (Yaponiya), eyni mərhələdə Səyyad Dadaşov (54 kq) Omonjon Otajonova (Özbəkistam) məğlub olub.
Qeyd edək ki, mundiala iyunun 4-də yekun vurulacaq.