Dünya çempionatında 10 dəst medal öz sahibini tapıb
Bakıda keçirilən taekvondo üzrə dünya çempionatının 4-cü yarış günü başa çatıb. Günün yekununda daha 2 dəst medal öz sahibini tapıb.
Kişilər arasında 63 kq çəkidə dünya çempionu tituluna Hakan Recber (Türkiyə) layiq görülüb. O, finalda Banlunq Tumtimdanqı (Tailand) məğlub edib. Bürünc medallara Xuan Jorquera Sala (İspaniya) və Karlos Navarro (Meksika) yiyələniblər.
Beləliklə, 16 dəst medaldan 10-u artıq öz sahibini tapıb. İyunun 4-dək davam edəcək yarışın növbəti hər bir günündə 2 çəkidə döyüşlər olacaq.
Qeyd edək ki, bu gün mübarizəyə qoşulan Azərbaycan taekvondoçusu Xanoğlan Kərimov (63 kq) 1/8 finalda yarışla vidalaşıb.