Bakıda keçirilən taekvondo üzrə dünya çempionatı çərçivəsində demo şou baş tutub. Festival Dünya Taekvondosunun (WT) nümayiş komandası tərəfindən Dənizkənarı Milli Parkda keçirilib.
WT-nin prezidenti Çunqvon Ço və Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov tədbirdən öncə komanda üzvləri ilə görüşüb. Çunqvon Ço şəhər sakinləri ilə də söhbət edib, onlarla şəkillər çəkdirib.
Qeyd edək ki, iyunun 4-də başa çatacaq çempionata 145 ölkədən 949 qatılıb. Mundiala görə 3000-dək qonaq Bakıya gəlib. Dünya çempionatı Rusiyadan sonra MDB ölkələri arasında ikinci dəfə Azərbaycanda keçirilir. Ölkəmiz mundialı qəbul edən Avropa ölkələri arasında Almaniya, Danimarka, İspaniya, Yunanıstan, Rusiya və Böyük Britaniyadan sonra yeddinci kimi tarixə düşüb.