Meksikanın Verakrus ştatında parataekvondo üzrə Qran-pri keçirilib. Yarış Azərbaycan milli komandası üçün uğurlu alınıb.
Baş məşqçi Fərid Tağızadənin yetirmələrindən Sabir Zeynalov (58 kq, K-44) Azərbaycan himnini səsləndirib. Bütün döyüşlərini qələbə ilə bitirən parataekvondoçu çempion tituluna yiyələnib.
Beləliklə, Qran-priyə qatılan hər 3 idmançımız çıxışını mükafatla başa vurub.
Qeyd edək ki, bu heyət eyni məkanda dünya çempionatına da qatılacaq. Mundial sentyabrın 21-24-də baş tutacaq.