BƏƏ-də taekvondo üzrə keçirilən Fujeyra açıq çempionatı başa çatıb. Azərbaycan millisi G2 kateqoriyalı yarışı 4 medalla başa vurub.
Komandamızın heyətində Milad Beiqi Harçeqani (+87 kq) finala kimi uğurla irəliləyib. Lakin həlledici görüşdə məğlub olduğundan ikinci yeri tutub.