01.02.2024 Taekvondoçular BƏƏ-də beynəlxalq turnirdə iştirak edəcək

Taekvondoçularımız fevralın 4-7-də BƏƏ-də beynəlxalq turnirdə iştirak edəcək
Fujeyrada təşkil olunacaq G2 kateqoriyalı yarışda Azərbaycan milli komandası da iştirak edəcək.
Kişilərdən ibarət yığmanın baş məşqçisi Məmməd Abdullayevlə böyük məşqçi Elnur Amanov turnirdə Səyyad Dadaşov (58 kq), Riyd Şirəliyev (63 kq), Cavad Ağayev (74 kq), Eltac Qafarov (80 kq), Milad Beiqi Harçəqani və Həmidrza Badrialiabadiyə (hər ikisi +87 kq) şans verəcək.
Qadınlardan ibarət millinin baş məşqçisi Sun Mi Park isə BƏƏ-də Zemfira Həsənzadə, Minayə Əkbərova, Məryəm Məmmədova, Səmərrux Osmanova (hamısı 49 kq), Səidə Əliyeva (57 kq) və Fatimə Məcidovanı (67 kq) yoxlayacaq.
Fevralın 2-də səfərə yollanacaq komandaya rəhbərliyi Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev edəcək.
Qeyd edək ki, yığma Bakıya fevralın 5-də qayıdacaq.