12.02.2023 Millimiz hazırlıq üçün Cənubi Koreyaya yollanıb

Qadın taekvondoçulardan ibarət Azərbaycan milli komandası hazırlığı ölkə xaricində davam etdirəcək. Yığma baş məşqçi Sun Mi Park və böyük məşqçi Hyeyounq Çoinin rəhbərliyi altında Cənubi Koreyada təlim-məşq toplanışı keçəcək.

Qarşıdakı mötəbər yarışlar, o cümlədən Bakıda təşkil olunacaq dünya çempionatında uğurlu çıxış üçün hazırlıqda 7 taekvondoçumuz iştirak edəcək. Məşqçilər korpusu səfərə Sona Ağayeva, Məryəm Məmmədova, Minayə Əkbərova, Zemfira Həsənzadə, Patimat Abakarova, Səmərrux Osmanova və Fatimə Məcidovanı aparıblar.

Bu gün Cənubi Koreyaya yollanan komandamız Vətənə fevralın 28-də dönəcək.