30.06.2023 Parataekvondoçularımız Avropa çempionatında 3 medal qazanıb

Fransanın Montargis şəhərində keçirilən açıq Avropa çempionatına yekun vurulub. Paris-2024 Yay Paralimpiya Oyunlarına lisenziya xalı verəcək yarış Azərbaycan milli komandası üçün uğurlu alınıb.
Yığmamızın heyətində İmaməddin Xəlilov (70 kq, K-44) gümüş medala yiyələnib. Eyni kateqoriyada mübarizə aparan Sabir Zeynalov (58 kq) və Amin Şıxəliyev (63 kq) isə üçüncü yeri tutublar.
Azərbaycan bu nəticə ilə kişi komandaları arasında 5-ci olub.
Qeyd edək ki, parataekvondoçularımız iyulun 2-də eyni məkanda Həmrəylik turnirində də mübarizə aparacaqlar.
Возможно, это изображение 10 человек