15.08.2023 Parataekvondoçularımız Avropa paralimpiya çempionatının ikinci günündə daha 2 medal qazanıb

Niderlandın Rotterdam şəhərində parataekvondo üzrə Avropa paralimpiya çempionatı davam edir. Yarışın ikinci günü də dayanq üzərinə çıxan Azərbaycan millisinin üzvləri çıxışlarını medalla başa vurublar.
Komandamızın heyətində İmaməddin Xəlilov (70 kq, K44) çempion tituluna yiyələnib. Bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olan parataekvondoçu Rotterdamda Azərbaycan himnini səsləndirib.
Amin Şıxalıyev (63 kq, K44) isə yığmaya bürünc mükafat qazandırıb. O, yarımfinalda uduzduğundan 3-cü yeri tutub.
Beləliklə, millinin aktivindəki medallarının sayı 4-ə çatıb. Çempionatın ilk günündə (52 kq, K44) ikinci, Sabir Zeynalov (58 kq, K44) üçüncü olub.
Qeyd edək ki, yarışın sonuncu günündə Əbülfəz Abuzərli (80 kq, K-44) və Orxan Cəfərov (+80 kq, K-44) mübarizəyə qoşulacaq.