10.05.2023 Milli komandamız dünya çempionatına son hazırlığı Şamaxıda keçir

Kişi taekvondoçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatına son hazırlıqlar üçün Şamaxıya yollanıb. Baş məşqçi Reza Mehmandostun rəhbərlik etdiyi yığma rayonun Olimpiya İdman Kompleksində təlim-məşq toplantısı keçir.

Hazırlığa ölkəmizi mayın 29-dan iyunun 4-dək Bakıda keçiriləcək dünya çempionatında təmsil edəcək taekvondoçular qatılıb.

Toplanışın gedişatı ilə yerində tanış olmaq üçün Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidentləri Nağı Səfərovla Niyaməddin Paşayev və İdarə Heyətinin üzvü Vüqar Məmmədov da Şamaxıya yollanıblar. Komanda ilə görüşən rəhbərlik onlara doğma divarlar arasında keçiriləcək mundialda böyük ümidlər bəsləndiyini bildiriblər.