07.03.2024 Taekvondoçularımız lisenziya turnirinə yollanıblar

Bolqarıstanın paytaxtı Sofiyada taekvondo üzrə Avropa Olimpiya Təsnifat Turniri keçiriləcək. Paris-2024 Yay Olimpiya Oyunlarına aktivində 1 lisenziya olan Azərbaycan millisi yarışa 3 idmançı ilə qatılacaq.

Turnirdə kişilərdən ibarət yığmanın baş məşqçisi Məmməd Abdullayevin rəhbərliyi altında Milad Beiqi Harçeqani (+80 kq), qadınlardan ibarət komandanın baş məşqçisi Sun Mi Parkın rəhbərliyi altında isə Zemfira Həsənzadə (49 kq) ilə Nigar Abdullayeva (57) iştirak edəcək.

Döyüşlər martın 9-10-da olacaq.

Qeyd edək ki, bu Sofiyaya yollan komanda martın 11-də Bakıya dönəcək.