Dünya birinciliyində uğurlu çıxış edən idmançılarımız Vətənə dönüb.

02.08.2022

Dünya birinciliyində uğurlu çıxış edən idmançılarımız Vətənə dönüb. Onları hava limanında federasiya əməkdaşları, Gənclər və İdman nazirliyinin əməkdaşları, məşqçi-müəllimlər, komanda yoldaşları, valideyinlər, KİV-in nümayəndələri qarşılayıb.
Xatırladaq ki, millimiz 77 ölkədən 670-dən çox idmançının qatıldığı və 4 gün davam edən mundialı 1 qızıl və 3 bürünc medalla başa vurub. Bolqarıstanda keçirilən yarışda Mehdi Budaqlı (33 kq) dünya çempionu tituluna, Fuad Məhərləmli (45 kq), Bahadur Dostuyev (49 kq) və Yunis Hüseynovdan (61 kq) isə bürünc medala layiq görülüblər.