Dünya Taekvondo Federasiyasının prezidenti Çunqvon Ço: “Biz Bakını 2023-cü il dünya çempionatına layiq görülməsi münasibətilə təbrik edirik"

Dünya Taekvondo Federasiyasının prezidenti Çunqvon Ço: “Biz Bakını 2023-cü il dünya çempionatına layiq görülməsi münasibətilə təbrik edirik və şübhə etmirik ki, onlar yarışların təşkil olunması təcrübəsindən istifadə edərək 50 illik yubileyimizi qeyd etmək üçün möhtəşəm tədbir keçirəcəklər.”
Xatırladaq ki, Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərovun da iştirak etdiyi İcraiyyə Komitəsinin İsveçrənin Lozanna şəhərində keçirilən növbədənkənar yığıncağında qəbul edilən qərara əsasən, 2023-cü ildə DTF-in 50-illik yubileyinə təsadüf edən böyüklər arasında dünya çempionatı ölkəmizin paytaxtı Bakı şəhərində keçiriləcək.
Çempionatın keçirilmə tarixi yaxın vaxtlarda açıqlanacaq.