Azərbaycanda

 

Azərbaycan Taekvondo Federasiyası (ATF) 1992-ci ildə yaradılıb. O vaxtdan Azərbaycan taekvondoçuları bir çox beynəlxalq turnirlərdə iştirak ediblər. 1999-cu ildən Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov seçilib. Azərbaycanda taekvondonun inkişafı məhz onun federasiyanın rəhbəri seçildiyi dövrdən başlanıb.
K.Heydərovun federasiya prezidenti olduğu zamandan indiyədək taekvondoçularımız bir çox nəaliyyətlər əldə ediblər. İdmançılarımızın bu müddət ərzində əldə etdikləri uğurlar nəinki Azərbaycanda hətta bütün dünyada heyranlıqla qarşılanır.
İdman uğurları ilə yanaşı, Azərbaycan Taekvondo Federasiyası özünün yüksək təşkilatçılıq qabiliyyəti ilə də seçilib. Belə ki, bir çox mötəbər turnirlərə ev sahibliyi etmək Azərbaycana həvalə edilib. Buna bariz nümunə kimi 21-22 fevral 2004-cü il tarixlərində Afina Olimpiya Oyunlarına Avropa lisenziya turnirinin Azərbaycanda keçirilməsini göstərmək olar. Bundan başqa 2003-cü ildə MDB ölkələrinin I Açıq Çempionatı və 2005-ci ildə Gənclər arasında Avropa Çempionatını da göstərmək olar. ATF rəhbərliyinin taekvondoçulara yaratdığı şərait və dəstək idmançıların uğurlarında böyük rol oynayıb. Federasiya üçün tikilən,öz maddi və texniki bazasına görə dünyada analoqu olmayan yeni binanı buna nümunə göstərmək olar. 10 oktyabr 2003-cü il tarixində bu binanın rəsmi açılışı mərasimi keçirilib. Mərasimdə bir çox fəxri qonaqlar o cümlədən Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev və Dünya Taekvondo Federasiyasının prezidenti də iştirak edib.
Federasiyasının rəhbərliyi taekvondonun inkişafı üçün yalnız Bakıda deyil, regionlarda da səmərəli işlər görür. İndi demək olar ki, Azərbaycanın bütün bölgələrində yüksək ixtisaslı məşqçi - müəllimlər fəaliyyət göstərir. Olimpiya idman növü olan taekvondo Azərbaycanın bütün zonalarında inkişaf edir və hal-hazırda 2000 nəfərdən artıq adam bu döyüş-idman növü ilə məşğul olur ki, onların da 700 nəfərdən çoxu qara kəmər sahibidir.

YENİLİKLƏR

Yeniyetmə idmançılarımız Bolqarıstana yollandı

davamı.. >

Azərbaycan Taekvondo və Boks federasiyalarının prezidenti

davamı.. >

Tovuz rayonu daha bir yarşa ev sahibliyi etdi.

davamı.. >

Milad Beigi Hərçəqani mundialın finalında

davamı.. >

xəbərlər arxivi

ŞƏKİLLƏR

davamı..