Patimat Abakarova avropa çempionatında bürünc medala sahib olub.

 

10.05.2018.

Patimat Abakarova avropa çempionatında bürünc medala sahib olub. 
Bu gün Rusiyanın Kazan şəhərində başlanan böyüklər arasında Avropa çempionatında 49 kq çəki dərəcəsində mübarizə aparan qadın taekvondoçumuz Patimat Abakarova bolqar və rusiya təmsilçisini məğlub edərək yarımfinala vəsiqə qazansa da növbəti rəqibini keçə bilməyib. Xorvatiyalı idmançıya məğlub olan həmyerlimiz yarışı bürünc medalla başa vurub. 
Digər taekvondoçularımızdan Qaşım Maqomedov (-58 kq) böyük britaniyalı idmançını yarışdan kənarlaşdırsa da ispan rəqibini məğlub edə bilməyib. Xanoğlan Kərimov (-54 kq) və Fatemeh Şabannia Mansour (-46 kq ) isə ilk qarşılaşmadan məğlub ayrılıb.

 

 

 

 

 

YENİLİKLƏR

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü"nə həsr edilmiş uşaq, yeniyetmə və gənclər arasında beynəlxalq turnir başa çatdı.

davamı.. >

Patimat Abakarova:"Onu məğlub etmək heç də çətin olmadı".

davamı.. >

Rusiyanın Kazan şəhərində keçiriləcək 23-cü avropa çempionatında iştirak edəcək milli komandanın heyəti

davamı.. >

Minayə Əkbərova gənclərin Olimpiyadasına lisenziya qazandı

davamı.. >

xəbərlər arxivi

ŞƏKİLLƏR

davamı..