Cavad Ağayev dünya çempionu oldu

 

11.04.2018

Tunisin Hammamet şəhərində gənclər arasında dünya birinciliyi davam edir. Mundialda mübarizə aparan gənc milli yığma komandamızın daha bir üzvü möhtəşəm uğura imza atdı.
Belə ki, 63 kq çəki dərəcəsində dayanq üzərinə çıxan Cavad Ağayev pakistanlı Əşrəf Əhmədi  (29:6), amerikalı Xalfani Harrisi (7:6), koreyalı Ho-Jun Jini (17:11)və efiopiyalıTariku Qirmanı (20:3) yarışdan kənarlaşdıraraq yarımfinala vəsiqəni təmin edib. Yarımfinal mərhələsində də İranlı Erfan Muradiilə döyüşdən 17:12 hesabı ilə qalib ayrılan  Cavad finalda italiya təmsilçisi Qabriel Kauloilə qarşılaşıb. Gərgin keçən həlledici döyüşdə də 14:13 hesablı qələbə qazanan həmyerlimiz yarışın qızıl medalına sahib olun. Qeyd edək ki, Cavad italyan idmançı ilə bir neçə gün öncə keçirilən lisenziya turnirində qarşı qarşıya gəlmişdir. Həmən döyüşdə qalib rəqib olmuşdur. 
Beləliklə, gənc millimiz dünya birinciliyində aktivinə ikinci medalı əlavə etdi. Bir gün öncə isə Xanoğlan Kərimov ( - 51 kq ) finala kimi inamla irəliləsə də həlledici döyüşdə məğlub olaraq yarışı gümüş medalla başa vurmuşdur.

Xatırladaq ki, 120 ölkədən 962 gənc taekvondoçunun iştirak etdiyi birinciliyi aprelin 13-də yekunlaşacaq.

 

 

YENİLİKLƏR

Gənclərdən ibarət Olimpiya yığma komandamız və gənc milli yığma komandamız növbəti möhtəbər yarışda iştirak edəcək.

davamı.. >

Minayə Əkbərova gənclərin Olimpiyadasına lisenziya qazandı

davamı.. >

Azərbaycan Taekvondo Federasiyasında ölkəmizdə 11 aprel prezident seçkiləri ilə bağlı toplantı keçirilib.

davamı.. >

Göygöl Açıq Birinciliyi başa çatdı

davamı.. >

xəbərlər arxivi

ŞƏKİLLƏR

davamı..