Minayə Əkbərova gənclərin Olimpiyadasına lisenziya qazandı

 

07.04.2018

Bu gün Tunisdə təşkil olunan lisenziya turnirinə yekun vuruldu. Hammamet şəhərində iki gün davam edən turnirdə iştirak edən Olimpiya yığma komandamız ölkəmizə növbəti lisenziyanı qazandı. 
Belə ki, Argentinada baş tutcaq gənclərin Olimpiyadasına 44 kq şəki dərəcəsində mübarizə aparan xanım taekvondoçumuz, yeniyetmələr arasında I dünya birinciliyinin gümüş mükafatçısı (2014), klublararası avropa çempionatının bürünc (2015), klublararası avropa çempionatında gənclər arasında qızıl medalın sahibi (2018) və müxtəlif turnirlərin mükafatçısı Minayə Əkbərova yollanacaq. 
Xatırladaq ki, bir gün fasilədən sonra (9 aprel) startı veriləcək dünya birinciliyində baş məşqçi Məmməd Abdullayev və böyük məşqçi Zahid Məmmədov Nihat Abbasov (-45 kq), Yaşar Məmmədli (-48 kq), Xanoğlan Kərimov (-51 kq), Ayaz Qənbərli (-55 kq), Cavad Ağayev (-63 kq), Taleh Süleymanov (-73 kq), Minayə Əkbərova (-44 kq), Sevda Pirseyidova (-49 kq) və Sahar Karghara (-52 kq) şans verəcək.

YENİLİKLƏR

Gənclərdən ibarət Olimpiya yığma komandamız və gənc milli yığma komandamız növbəti möhtəbər yarışda iştirak edəcək.

davamı.. >

Minayə Əkbərova gənclərin Olimpiyadasına lisenziya qazandı

davamı.. >

Azərbaycan Taekvondo Federasiyasında ölkəmizdə 11 aprel prezident seçkiləri ilə bağlı toplantı keçirilib.

davamı.. >

Göygöl Açıq Birinciliyi başa çatdı

davamı.. >

xəbərlər arxivi

ŞƏKİLLƏR

davamı..