Gənclərdən ibarət Olimpiya yığma komandamız və gənc milli yığma komandamız növbəti möhtəbər yarışda iştirak edəcək.

 

04.04.2018

Gənclərdən ibarət Olimpiya yığma komandamız və gənc milli yığma komandamız növbəti möhtəbər yarışda iştirak edəcək. Tunisin Hammamet şəhərində ilk olaraq lisenziya yarışları, bir gün fasilədən sonra dünya birinciliyi keçiriləcək. Argentinada baş tutcaq gənclərin Olimpiyadasına lisenziya turnirində 6, dünya birinciliyində isə 9 idmançımız medallar uğrunda mübarizə aparacaq.

İlk olaraq 6-7 aprel tarixlərində lisenziya yarışları, 9-13 aprel tarixlərində isə dünya birinciliyi kkeçiriləcək. Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov və Niyaməddin Paşayevin rəhbərlik etdiyi heyətdə milli komandanın baş məşqçisi Məmməd Abdullayev, böyük məşqçi Zahid Məmmədov, beynəlxalq dərəcəli hakim Ramal Jamalov artıq Tunisə yollanıb.

120 ölkədən 962 gənc taekvondoçunun qatılacağı yarışlarda məşqçilər heyəti lisenziya yarışlarında Bəhruz Quluzadə (-48 kq), Xanoğlan Kərimov (-55 kq), Cavad Ağayev (-63 kq), Minayə Əkbərova (-44 kq), Sevda Pirsetidova (-49 kq) və Sahar Karghara şans verəcək.

Bir gün fasilədən sonra startı veriləcək dünya birinciliyində isə -45 kq çəki dərəcəsində Nihat Abbasov, Yaşar Məmmədli (-48 kq), Xanoğlan Kərimov (-51 kq), Ayaz Qənbərli (-55 kq), Cavad Ağayev (-63 kq), Taleh Süleymanov (-73 kq), Minayə Əkbərova (-44 kq), Sevda Pirseyidova (-49 kq), Sahar Karghar (-52 kq) ölkəmizi təmsil edəcək.

 

YENİLİKLƏR

Gənclərdən ibarət Olimpiya yığma komandamız və gənc milli yığma komandamız növbəti möhtəbər yarışda iştirak edəcək.

davamı.. >

Minayə Əkbərova gənclərin Olimpiyadasına lisenziya qazandı

davamı.. >

Azərbaycan Taekvondo Federasiyasında ölkəmizdə 11 aprel prezident seçkiləri ilə bağlı toplantı keçirilib.

davamı.. >

Göygöl Açıq Birinciliyi başa çatdı

davamı.. >

xəbərlər arxivi

ŞƏKİLLƏR

davamı..